Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Səhiyyədə keyfiyyətin idarə edilməsi standartının tətbiqinə dəstək

Apr 18, 2025 | Super Admin
Blog Details

ÖTMA səhiyyədə keyfiyyətin idarə edilməsi standartının tətbiqinə dəstək verəcək

 

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Keyfiyyət Assosiasiyası İB ilə  əməkdaşlıqda  “Bakı KOB evi”nin dəstəyi ilə  “Səhiyyə təşkilatının idarə edilməsi -  Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” beynəlxalq standartının  tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidənqurma və  İnkişaf Bankı (AYİB)  tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının  təqdimatını keçirib.  Tədbirdə ÖTMA üzvü tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, AYİB nümayəndələri iştirak ediblər.

ÖTMA sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi  tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb. Bildirib ki,  bu standartların tətbiqi pasiyent məmnuniyyətini, tibbi xidmətin təhlükəsizliyi, işçilərin profesional inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir. ÖTMA sədri beynəlxalq əməkdaşlığa marağın artırılması və  və investisiya cəlbedicliyinin gücləndirməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb.

AYİB  nümayəndəsi Samir Həmidov “Səhiyyə və tibb müəssisələrində keyfiyyət

infrastrukturunun qurulmasina dəstək” layihəsi haqqında  ətraflı məlumat verərək, İSO 7101:2023 beynəlxalq  standartının özəl tibb müəassisələrində tətbiqi üzrə təlim, məsləhət xidmətlərinə necə dəstək verəcəklərini açıqlayıb. S.Həmidov, ümumilikdə  AYİB-in özəl sektora dəstək mexanizmləri, MDB ölkələrində bu təcrübənin necə tətbiq edildiyi barədə iştirakçıları məlumatlandırıb, sualları cavablandırıb və  öz tövsiyyələri ilə bölüşüb.

Keyfiyyət Assosiasiyası İB sədri Samir Novruzlu ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə təqdimatla çıxış edib. Ətraflı məlumat verərək, sualları cavablandırıb. S. Novruzov həmçinin, keyfiyyət standartlarının tətbiqi, idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanda özəl tibb müəssisələri ilə həyata keçirilən təcrübələr haqqında məlumat verib.

ÖTMA sədri Günel Əliyeva xüsusi olaraq qeyd edib ki, ÖTMA üzvləri üçün ISO 7101 standartını  90% güzəştlə təqdim edilməsi və standartın tətbiqi ilə əlaqədar ödənişsiz təlimlərin  təşkili  razılaşdırılıb.

Həmçinin, “SƏHHƏT”  klinikasınin  direktoru Dr. Malik Kərimov, “SAĞLAM AİLƏ” Tibb Mərkəzlərinin direktoru Dr. Vüqar Eyvazov  AYİB və ilə Keyfiyyət Assosiasiyası İB ilə həyata keçirdikləri layihələr haqqında təcrübələri ilə bölüşüblər.

ÖTMA üzvləri, eyni zamanda  Assosiasiyanın 2025-ci il üçün Fəaliyyət Planının icrasını müzakirə ediblər. Fəaliyyət Planı özəl tibb müəssisələrinin personalının  bilik və bacarıqlarının artırılması, sağlam rəqabət mühtinin yaradılması, icbari sığorta sisteminin inkişafına, əhalinin maarifləndirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçrilməsinə dəstək verilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini əhatə edir.

 

Son xəbərlər