070 316 94 10
info@otma.az
Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!
Dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən siyasət, islahatlar, qəbul edilən normativ hüquqi aktlar, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin normativ hüquqi aktları barədə özəl tibb müəssisələrini məlumatlandırmaq
Səhiyyə sahəsində vahid dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etmək, keçirilən sorğular və tədbirlərdə iştirak etmək, özəl tibb müəssisələrinin qaldırdığı məsələləri Səhiyyə Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına çatdırmaq
Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarının qarşısının alınması üçün özəl tibb müəssisələri arasında maarifləndirmə işini aparmaq
Qeyri-dövlət səhiyyə sisteminin inkişafı üçün xarici ölkələrin təcrübəsini araşdırmaq və təkliflər hazırlayaraq aidiyyəti dövlət orqanlarına (qurumlara) təqdim etmək
Səhiyyə sahəsində yaranan problemlərin həlli məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tədbirlər görmək
Müasir tibbin nailiyyətlərinin ölkəmizdə tətbiqi imkanları ilə bağlı araşdırmaların aparılmasına dəstək vermək
Fəaliyyətində kobud pozuntulara və qanunsuz əməllərə yol verən özəl tibb müəssisələri barədə faktları (sübutları) qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim etmək
Özəl tibb müəssisələrində çalışan işçilərin sosial müdafiəsi məqsədi ilə səhiyyə sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları ilə əməkdaşlıq etmək.
Birliyin üzvlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək .Tibb hüququ sahəsində ixtisaslaşmış mütəxəssislərdən hüquqi dəstək almaq.
Özəl tibb müəssisələrinin dayanıqlı inkişafına nail olmaq, yaranan problemlərin həlli istiqamətində işlər görmək, dövlət qurumları və özəl tibb sektoru arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, bu sektorun maraqlarını təmsil etmək naminə "tək əldən səs çıxmaz" deyərək gücümüzü birləşdirməyə və təşkilatlanmağa qərar verdik. Biz, 7 özəl tibb müəssisəsi - "Respublika Diaqnostika Mərkəzi", "Live Bona Dea Hospital", "Mediland Hospital", "Baku Medical Plaza", "Türk Amerikan Medical Center", "Caspian International Hospital", "Medservis Tibb Mərkəzi" təmsilçiləri, 17 fevral 2023-cü ildə keçirilən təsis yığıncağında...
Özəl Tibb Müəssisələri Assosiasiyası, özəl tibb müəssisələrinin maraqlarını qorumaq, onların fəaliyyətini təkmilləşdirmək və səhiyyə sahəsində dövlət siyasəti ilə uyğunluğunu təmin etmək məqsədilə yaradılan bir qurumdur.
Birlik, dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən siyasət, islahatlar, qəbul edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin normativ hüquqi aktları barədə özəl tibb müəssisələrini məlumatlandırır.
Birlik, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək keçirilən sorğular və tədbirlərdə iştirak edir, həmçinin özəl tibb müəssisələrinin qaldırdığı məsələləri Səhiyyə Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına çatdırır.
Birlik, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarının qarşısının alınması üçün özəl tibb müəssisələri arasında maarifləndirmə işini aparır.
Birlik, qeyri-dövlət səhiyyə sisteminin inkişafı üçün xarici ölkələrin təcrübəsini araşdırır və təkliflər hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.
Birlik, özəl tibb müəssisələrində çalışan işçilərin sosial və hüquqi müdafiəsi məqsədilə, səhiyyə sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları və tibb hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslar, o cümlədən "Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım" ictimai birliyi ilə əməkdaşlıq edir.