Üstünlüklər
Assosiasiya sizə aşağıdakı istiqamətlərdə üstünlüklər verir:
- Üzv olan özəl tibb müəssisələri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyətiniz genişlənəcək.
- Üzv olaraq siz, öz müəssisəniz və əməkdaşlarınızın hüquq və mənafeyini qorumaq üçün birliyin əməkdaşlıq etdiyi tibb hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslardan hüquqi dəstək ala biləcəksiniz.
- Üzv olaraq siz, tibb sahəsində yeni keyfiyyət standartları ilə tanış olacaq və onların müəssisənizdə tədbiqi üçün dəstək alacaqsınız.
- Üzvlük əldə edərək müəssisənizin dövlət qurumları, milli və beynəlxalq təşkilatlarla əməkdaşlığına nail olacaqsınız.
- Üzv olaraq müəssisəniz milli sağlamlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edəcək.
- Üzv olan tibb müəssisələrinin qanuni maraqları milli və beynəlxalq səviyyədə təmsil ediləcək, inkişafına mane olan problemlərin həlli yolları araşdırılaraq müvafiq dövlət strukturlarına təqdim olunacaq.
- Üzv olan özəl tibb müəssisələri əməkdaşları imtiyazlı şərtlərlə daima tibbi xidmətin keyfiyyətini artırmaq üçün təşkil olunan maarifləndirici seminarlara, təlimlərə, kurslara və konfranslara cəlb olunacaq.