Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Məqsədimiz

Missiyamız və məqsədimiz

Missiyamız

  Özəl Tibb sektorunun inkişafına dəstək olmaqla, ölkədə əhaliyə göstərilən tibbi xidmətin yüksək keyfiyyətə və müasir dünya standartlarına uyğun olmasına nail olmaq,ictimai birliyin üzvlərinin hüquq və qanuni maraqlarının qorunmasına, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə çalışmaqdır.
Fəaliyyət istiqamətimiz 

  • Özəl Tibb müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına nail olmaq
  • Özəl Tibb müəssisələri ilə dövlət qurumları , eləcə də qeyri- hökümət təşkilatları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına çalışmaq
  • Özəl Tibb müəssisələrinin və eləcə də həmin müəssisələrdə çalışan işçilərin hüquq və mənafelərinin qorunmasına çalışmaq və bu məqsədıə peşəkar hüquqi dəstək göstərmək
  • Özəl Tibb müəssisələrində göstərilən Tibbi xidmətin müasir keyfiyyət standartlarına cavab verməsi üçün təkmilləşməsinə kömək etmək
  • Özəl Tibb müəssisələrinin maraqlarını milli və beynəlxalq səviyyədə təmsil etmək
  • Özəl Tibb müəssisələrinin fəaliyyətinə və inkişafına maneə olan problemlərin dövlət qurumları qarşısında qaıdırmaq və həllinə çalışmaq
  • Özəl Tibb Müəssisələrinin əhalinin sağlamlığı, sahibkarlığın inkişafı və s mövzularda layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirakına kömək göstərmək
Assosiasiya  öz missiyasını aşağıdakı məqsədlərə uyğun həyata keçirir: 
  • Üzv olan tibb müəssisələrinin qarşılıqlı əməkdaşlıq fəaliyyətinin qurulmasına köməklik göstərmək;
  • Üzv olan tibb müəssisələrinin hüquqlarının qorunmasına köməklik göstərmək;
  • Üzv olan tibb müəssisələrində tibbi xidmət üzrə keyfiyyət standartlarının tətbiqinə köməklik göstərmək;
  • ⁠Üzv olan tibb müəssisələrində xəstə təhlükəsizliyi və klinik etik standartların təkmilləşdirilməsinə köməklik göstərmək;
  • Üzv olan tibb müəssisələrinin dövlət qurumları, milli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının qurulmasına  köməklik göstərmək;
  • Üzv olan tibb müəssisələrinin milli sağlamlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etməsinə köməklik göstərmək;
  • ⁠Üzv olan tibb müəssisələrinin maraqlarını milli və beynəlxalq səviyyədə təmsil etmək.

Why Choose Us