070 316 94 10
info@otma.az
2025-ci il avqustun 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində "Səhiyyə yönümlü QHT-lərin Forumuna hazırlıqla bağlı görüş" keçirilib.
Görüşdə dövlət və vətəndaş cəmiyyətinin mühüm nümayəndələri iştirak edib:
Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev,
Elm, təhsil, səhiyyə və gender siyasəti üzrə baş məsləhətçi Elçin Adıgözəlov,
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev,
Agentliyin icraçı direktoru Aygün Əliyeva,
AHİK-in Səhiyyə İşçiləri Komitəsinin sədri Elnarə Muradova,
MQF İdarə Heyətinin sədri Ramil İskəndərli,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Aynurə Əhmədova,
TƏBİB-in müşaviri Pərvin Əkbərov və digər məsul şəxslər.
Görüşdə vurğulanıb ki, ilk dəfə təşkil ediləcək bu Forum, səhiyyə profilli QHT-lərin fəaliyyətində canlanma yaradacaq, peşə birliklərinin səmərəliliyini artıracaq və dövlət-cəmiyyət əməkdaşlığında yeni imkanlar açacaq.
Özəl Tibb Müəssisələri Assosiasiyası olaraq bu təşəbbüsü dəstəkləyir, ölkədə sağlamlıq sistemində vətəndaş cəmiyyətinin aktiv rolunu önəmli hesab edirik.