Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib

Aug 24, 2024 | Super Admin
Blog Details

Avqustun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı altında səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak ediblər.

Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.

Görüşdə iştirak edən OTMA   sədri Günel Əliyeva  səsləndirilən problemlərin həlli istiqamətində təkliflərlə çıxış etmiş ,özəl- dövlət tərəfdaşlığının vacibliyindən danışmışdır. Özəl tibbi sektorun inkişafına mane olan məsələlər müzakirə olunmuş, bu problemlərin həllində göstərilən dövlət dəstəyinin əhəmiyyəti vurğulanmışdır. Vətəndaşın Özəl tibb müəssisələrində icbari  tibbi sığorta haqqından məhdud istiqamətlər üzrə deyil ,xidmətlər zərfində nəzərdə tutulan digər istiqamətlərdə də  yararlana bilməsi üçün şərait yaradılmasının zəruri olduğunu qeyd etmişdir.

İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.

Son xəbərlər