Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Sahibkarların təklifləri müzakirə edilib

Jul 18, 2026 | Super Admin
Blog Details

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə mövcud problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 


Növbəti görüş Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələrinin iştirakı ilə baş tutub.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarını vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Görüş zamanı Koordinasiya Qrupu tərəfindən biznes nümayəndələrindən toplanılan ümumiləşdirilmiş  hər bir təklif  üzrə müzakirələr  aparılıb.

Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd  təsərrüfatı  məhsullarındann hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarat əlavəsinə tətbiqi, sadələşdirilmiş  vergi üzrə dövriyyə limitinin artırılması, vergi inzibatçılığı və şikayətlərə  dair təkliflər çərçivəsində  kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam  goyulması təcrübəsinin təkmilləşdirilməsi ,riskli vergi ödəyicisi statusunun tətbiqi , şikayətlərə  baxılma müddətinin  qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi geyd edilib.

Görüşdə Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) da təmsil olunub. Assosiasiyanın İdarə Heyətinin sədri Günel Əliyeva əlavə dəyər vergisindən (ƏDV) yaranan sərbəst vəsaitin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərin həyata keçirilməsinə yönəldilməsi ilə bağlı qəbul edilmiş qərara görə təşəkkürünü ifadə edib. O, həmçinin nağdsız ödənişlərin 50 faizinin geri qaytarılması ilə bağlı tətbiq olunan güzəşt müddətinin cari ilin sonunda başa çatacağını nəzərə çatdıraraq, bu təşviq mexanizminin müddətinin uzadılmasının şəffaflığın artırılması və nağdsız hesablaşmaların genişləndirilməsi baxımından mühüm stimul olacağını bildirib.

Daha sonra O,özəl tibb sektorunda fəaliyyət göstərən  həkimlərin VÖEN vasitəsilə fəaliyyət göstərə bilməsi  məsələsinə toxunaraq, bu istiqamətdə hüquqi və vergi tənzimləmələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, özəl tibb sektoru fəaliyyət xüsusiyyətlərinə görə fərqli yanaşma tələb edən sahələrdən biridir. Bu səbəbdən sözügedən məsələnin ayrıca müzakirə edilməsi və sektora uyğun həll mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Vergi Xidməti ilə ÖTMA arasında ayrıca görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Özəl tibb sektoruna tətbiq olunan vergi güzəştlərinin genişləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək vergi islahatları sahənin dayanıqlı inkişafına, eləcə də özəl tibb sektorunda şəffaflığın daha da artırılmasına mühüm töhfə verəcək.

Son xəbərlər