Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilib.

Aug 02, 2024 | Super Admin
Blog Details

Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilib. Layihənin növbəti təlim günü 29.06.2024-cü il tarixində Respublika Diaqnostika Mərkəzində keçirildi. Təlimdə Respublika Diaqnostika Mərkəzinin tibb heyəti iştirak etdi. Tədbiri giriş sözü ilə açan “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin sədri Günel Əliyeva layihənin əhəmiyyətindən, perspektiv planlardan bəhs etdi. Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzinin əməkdaşları Səbinə İbrahimova və Dilşad Mahmudovada cıxış etdilər. Natiqlər İİV xəstəliyinə yoluxma hallarının baş vermə səbəbi, proflaktik tədbirlərdən və xəstəliyin digər fəsadları haqqında geniş məlumat verdilər. 1 saat davam edən Təlim Coffee break davam etdi. Sonda iştirakçılar Sertifikatlarla təltif edildi.

Son xəbərlər