Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihənin V təlimi keçirildi.

Jul 31, 2024 | Super Admin
Blog Details

Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihənin V təlimi keçirildi. Təlim 13.07.2024-cü il tarixində Məlhəm Beynəlxalq Hospitalda keçirildi. Təlimdə Məlhəm Beynəlxalq Hospitalın tibb heyəti iştirak etdi. Tədbiri giriş sözü ilə açan “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin sədri Günel Əliyeva layihənin əhəmiyyətindən, perspektiv planlardan bəhs etdi. Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə, Respublika QİCS-lə Mübarizə Mərkəzi qəbul şöbəsinin müdiri Ədilə Rzayeva və Psixoloq Naibə Həsənli cıxış etdilər. Natiqlər İİV xəstəliyinə yoluxma hallarının baş vermə səbəbi, proflaktik tədbirlərdən və xəstəliyin digər fəsadları haqqında geniş məlumat verdilər. 1 saat davam edən Təlim Coffee break davam etdi. Sonda iştirakçılar Sertifikatlarla təltif edildi. 

Son xəbərlər