Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Özəl Tibb Müəssisələri Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, "Həyata dəstək: Ali və orta təhsil müəssisələrində ilkin yardım təlimləri" adlı layihəyə start verir.

Oct 13, 2025 | Super Admin
Blog Details

Özəl Tibb Müəssisələri Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, "Həyata dəstək: Ali və orta təhsil müəssisələrində ilkin yardım təlimləri" adlı layihəyə start verir. 


Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin və müəllimlərin ilk yardım üzrə bilik və praktiki bacarıqlarını artırmaq, bununla da onların fövqəladə hallara effektiv cavab vermək bacarıqlarının inkişafı və daha təhlükəsiz təhsil mühitinin yaradılmasıdır.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, müxtəlif xəsarətlərdən ölənlərin 59%-ə qədərini vaxtında ilk yardımla xilas etmək mümkün ola bilərdi. (ÜST, 2020). Tədqiqatlar göstərir ki, hətta Avropa İttifaqının bir çox  ölkələrində “əhalinin 30%-dən az hissəsi” ilkin ilk yardım təlimi alıb. (Avropa Reanimasiya Şurası, 2021).


Qeyd edək ki, təlimlər layihəmizin tərəfdaşı olan Medic School-un beynəlxalq dərəcəli təlimçiləri tərəfindən Amerika Ürək Assosiasiyasının (AHA) müasir protokollarına uyğun olaraq həyata keçiriləcək və iştirakçılar sertifikatlarla təmin ediləcəklər.

Layihə çərçivəsində  iştirakçılar, ilk yardımın əsas prinsiplərini mənimsəyərək, yaralanmalar, boğulma, yanıq və digər təcili vəziyyətlərdə düzgün müdaxilə etməyi öyrənəcəklər. Onların təcili hallarda başqalarına kömək etmə qabiliyyəti inkişaf edəcək. 


Tələbələr ilk yardımın əhəmiyyətini daha dərindən anlayacaq və bu da onların həm öz həyatlarına, həm də başqalarının həyatına daha məsuliyyətli yanaşmalarına gətirib çıxaracaq.

Son xəbərlər