070 316 94 10
info@otma.az
ÖTMA VƏ İCMA ARASINDA ƏHƏMİYYƏTLİ GÖRÜŞ.
12 fevral 2024-cü il tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş Komissiyası"nın üzvləri və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva ilə görüş keçirilib.
Görüşdə tibb müəssisələri və həkimlərlə iş sahəsində əməkdaşlıq imkanları, ortaq fəaliyyət strategiyaları və sektorun inkişaf perspektivləri geniş müzakirə edilib.
Tibbi xidmətlərin keyfiyyətinin artırılması, özəl tibb müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərdən biri olub.
ÖTMA olaraq məqsədimiz səhiyyə sahəsində özəl tibb müəssisələrinin fəaliyyətini gücləndirmək, innovativ həllərin tətbiqini dəstəkləmək və sektorda peşəkar əməkdaşlıq mühitini genişləndirməkdir.