070 316 94 10
info@otma.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri ilə keçirilən görüşdə ÖTMA tibbi sektor üzrə təmsil olunub.
Görüş çərçivəsində səhiyyə müəssisələrinin vergi inzibatçılığı ilə bağlı aktual məsələlər, mövcud çətinliklər və tətbiqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı sektor mövqeyi təqdim edilib. Həmçinin tibbi fəaliyyətin spesifik tələblərinin vergi proseslərində nəzərə alınması istiqamətində institusional yanaşmalar müzakirə olunub.
Bu tədbirin vergi inzibatçılığı sahəsində sektorlararası koordinasiyanın gücləndirilməsi, eləcə də tibbi fəaliyyətin spesifik tələblərinin nəzərə alınması baxımından praktiki nəticələr verəcəyinə inanır və bu platformada iştirak imkanı üçün təşəkkürümüzü bildiririk.