070 316 94 10
info@otma.az
Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı , Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə “İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihənin VI təlimi keçirildi. Təlim
06.09.2024-cü il tarixində Mediland Hospitalda keçirildi. Təlimdə Mediland
Hospitalın tibb heyəti iştirak etdi. Tədbiri giriş sözü ilə açan “Özəl Tibb Müəssisələri
Assosiasiyası” İctimai Birliyinin sədri Günel Əliyeva layihənin əhəmiyyətindən,
perspektiv planlardan bəhs etdi. Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzi qəbul
şöbəsinin müdiri Ədilə Rzayeva cıxış etdi. Natiqlər İİV xəstəliyinə yoluxma
hallarının baş vermə səbəbi, proflaktik tədbirlərdən və xəstəliyin digər fəsadları
haqqında geniş məlumat verdilər. 1 saat davam edən Təlim Coffee break davam
etdi. Sonda iştirakçılar Sertifikatlarla təltif edildi.