Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



"Həyata Dəstək" layihəsi Azərbaycan Dillər Universitetində uğurla başladı!

Oct 16, 2025 | Super Admin
Blog Details

“Həyata Dəstək” layihəsi çərçivəsində ilk yardım təlimlərinə start verildi

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Həyata Dəstək” layihəsi çərçivəsində ilk yardım üzrə maarifləndirici təlimlərə start verib.

Tədbirdə təlimin əhəmiyyəti və vacibliyi haqqında ÖTMA-nın İdarə Heyətinin Sədri Günel Əliyeva və Mülki Müdafiə kafedrasının müdiri, dosent Sevda Zamanova açılış nitqi ilə çıxış ediblər.


Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təcili vəziyyətlərdə operativ və düzgün reaksiya verə biləcək, ilkin yardım biliklərinə sahib, savadlı və hazırlıqlı cəmiyyət formalaşdırılmasıdır.

İlk təlim Azərbaycan Dillər Universitetində keçirilib. Tədbirdə Universitetin müəllim və tələbələri iştirak ediblər.


Təlimdə-ilkin yardımın təməl prinsipləri, qəfləti ürək dayanması zamanı tətbiq olunan CPR  üsulları, boğulma, yanıq və yaralanma kimi hallar zamanı düzgün müdaxilə qaydaları praktiki şəkildə öyrədilib.


Təlimlər Medic School-un beynəlxalq dərəcəli təlimçiləri tərəfindən, Amerika Ürək Assosiasiyasının (AHA) müasir protokollarına uyğun şəkildə həyata keçirilir. Təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatlarla təmin olunurlar.


ÖTMA-nın nümayəndələri bildiriblər ki, layihə gənclərdə insan həyatına qarşı daha məsuliyyətli yanaşma formalaşdırmağa, cəmiyyətdə ilkin yardım bacarıqlarının artırılmasına və təhlükəsiz həyat tərzinin təşviqinə xidmət edir.


Layihə çərçivəsində təlimlərin digər universitetlərdə də keçirilməsi planlaşdırılır.

Son xəbərlər