070 316 94 10
info@otma.az
22 May 2024-cü il tarixində "Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyi və “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi arasında işgüzar görüş keçirilmişdir. Görüş zamanı tibb sahəsindəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ictimai birliyin fəaliyyət planı və qarşılıqlı əməkdaşlığın effektivliyi müzakirə olunub. Əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə İctimai birliklər arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Özəl tibb müəssisələrinin fəaliyyət sahəsinə aid qüvvədə olan hüquqi aktlarda üzə çıxan boşluqların və ziddiyyətlərin müzakirəsi, özəl tibb müəssisələrində praktiki tibb fəaliyyətini həyata keçirən tibb işçilərinin səhiyyə sahəsində bilik və bacarıqlarının artırılması, tibb sahəsini tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi və digər məsələlər ətrafında əməkdaşlıq edilməsi nəzərdə tutulur. Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və tibb sahəsinin davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.