Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.

Apr 03, 2025 | Super Admin
Blog Details

2025-ci il aprelin 3-də Bakı Konqres Mərkəzində keçirilən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi görüşdə, Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) da qalib QHT-lər sırasında yer aldı.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Prezident Administrasiyası və Ədliyyə Nazirliyinin nümayəndələri, eləcə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbər şəxsləri çıxış etdilər.

400-dən çox QHT nümayəndəsinin iştirak etdiyi bu mötəbər tədbirdə qalib gələn layihələr və gələcək əməkdaşlıq imkanları müzakirə olundu.

Özəl Tibb Müəssisələri Assosiasiyası olaraq özəl tibb sektorunun inkişafına dair təqdim etdiyimiz layihənin dəstəklənməsi, bizim üçün böyük qürur və məsuliyyətdir.

Yeni layihə çərçivəsində özəl tibb müəssisələrinin fəaliyyət standartlarının təkmilləşdirilməsi, ictimai məlumatlılığın artırılması və sektorun inkişafı istiqamətində mühüm fəaliyyətlər həyata keçiriləcək.

Əməkdaşlıq edən bütün tərəfdaşlara təşəkkür edirik.

Özəl Tibb Müəssisələri Assosiasiyası

Son xəbərlər