070 316 94 10
info@otma.az
2025-ci il martın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilmişdir.
Özəl Tibb Müəssisələri Assosiasiyasının da qaliblər sırasında olması sevindirici və qürurvericidir. Bizə etimad göstərib ,daha sağlam və təhlükəsiz həyat naminə təklif edilən layihəmizi layiqincə həyata keçirməyimiz üçün dəstək olan Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildirir və bütün qaliblərə uğurlar arzulayırıq.