070 316 94 10
info@otma.az
ÖTMA olaraq, səhiyyə turizmi sahəsində özəl xəstəxanalarla güclü və strateji əməkdaşlıq qurmağı hədəfləyirik. Bu çərçivədə xəstəxanalarımızın beynəlxalq sertifikatlaşdırma proseslərinə (JCI, ISO 7101:2023, ISO 9001 və s.) dəstək göstərərək, təqdim etdikləri xidmətlərin qlobal keyfiyyət standartlarına uyğunluğunu təmin etmək istəyirik. Həmçinin, qiymətləndirmə mexanizmlərinin və xidmət göstərmə standartlarının şəffaf və müqayisə edilə bilən olması üçün birgə işçi qruplar yaratmağı planlaşdırırıq. Məqsədimiz, Azərbaycanı regional səhiyyə turizmi mərkəzinə çevirmək və üzv xəstəxanalarımızın beynəlxalq xəstələrə etimad verəcək infrastruktur qazanmasını təmin etməkdir.
Xəstəxanalarımızla təklif etdiyimiz digər əməkdaşlıq sahəsi xarici sığorta şirkətləri və səhiyyə turizmi operatorları ilə birbaşa əlaqə qurulmasına vasitəçilik etməkdir. ÖTMA olaraq, beynəlxalq xəstə yönləndirmə şəbəkələrinə inteqrasiyanı asanlaşdıracaq ortaq platformalar yaratmaq, viza, nəqliyyat və yerləşdirmə kimi loqistik proseslərdə xəstəxanalara bələdçilik etmək istəyirik. Bununla yanaşı, səhiyyə turizmi istiqamətində birgə marketinq kampaniyaları təşkil edərək Azərbaycanın termal, reabilitasiya və qabaqcıl cərrahi xidmətlərini qlobal miqyasda tanıtmağı hədəfləyirik.
Xəstəxanalarımıza təqdim etdiyimiz digər vacib dəstək isə təhsil və personalın inkişafı sahəsində olacaq. Səhiyyə turizmi sahəsində ixtisaslaşmış xəstə koordinatorları, beynəlxalq xəstə münasibətləri idarəçiliyi və mədəniyyətlərarası kommunikasiya mövzularında xəstəxana personalı üçün sertifikatlı təlim proqramları təşkil etməyi planlaşdırırıq. Həmçinin, dövlət qurumları ilə (Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi) apardığımız siyasət dialoqları sayəsində, səhiyyə turizmi qanunvericiliyinin xəstəxanaların xeyrinə təkmilləşdirilməsi və təşviq mexanizmlərinin yaradılması üçün aktiv rol oynayırıq. ÖTMA olaraq, xəstəxanalarımızın təkcə xidmət göstərən deyil, eyni zamanda beynəlxalq səhiyyə turizmi ekosisteminin bərabər və aktiv tərəfdaşı olması üçün çalışırıq.
Eyni zamanda Azərbaycandakı özəl xəstəxanalarla çox sıx təmaslarımız olduğuna görə, həmin xəstəxanalarda olmayan və ya az sayda təqdim olunan səhiyyə xidmətlərinə ehtiyacı olan xəstə kütləsini ÖTMA vasitəsilə Türkiyə, Avropa, MDB üzv ölkələrə yönləndirməyi uğurla davam etdirə bilməyimiz üçün özəl səhiyyə xidmətləri göstərən qurumlarla qurumumuz arasında müqavilə bağlamamız bu işi daha yüksək nüfuz dərəcəsinə çatdırar və səmərəliliyini artırar