Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Doctor

ÖTMA Baş Katib

Əlaqə məlumatları

  • 0703169410
  • info@otma.az

Eyvazov Vüqar Eldar oğlu

ÖTMA Baş Katib

SAĞLAM AİLƏ Tibb Mərkəzinin təsisçisi və baş direktoru

Təhsili:

·       1992–1998-ci illərdə Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almışdır.

·       1998–1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində dermatovenerologiya üzrə internaturanı tamamlamışdır.

·       2002–2004 Rusiya Federasiyası Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunda cinsi yolla yoluxan infeksiyaların molekulyar diaqnostikası üzrə ixtisaslaşmışdır. 

İş fəaliyyəti və ictimai vəzifələri:

·       1995–1998-ci illərdə 1 saylı Şəhər Kliniki Xəstəxanasının Ümumi Reanimasiya və İntensiv Terapiya şöbəsində fəaliyyət göstərmişdir.

·       1999–2014-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində fəaliyyət göstərmişdir.

·       2002–2011-ci illər ərzində Dəri-Zöhrəvi dispanserinin diaqnostika laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

·       2003-cü ildən bu günədək SAĞLAM AİLƏ Tibb Mərkəzinin təsisçisi və baş direktoru vəzifəsində çalışır.

·       2008-2012-ci illərdə Azərbaycan Tibb Universitetində müqavilə əsasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

·       2012– bu günədək Cinsi Yolla Yoluxan İnfeksiyalara qarşı Beynəlxalq Birliyin (IUSTI) regional rəhbəri kimi fəaliyyət göstərir.

·       2015-2022-cü illərdə Caspian Energy Club təşkilatında Tibbi Komitənin sədri kimi fəaliyyət göstərmişdir.

·       SAĞLAM AİLƏ Tibb Mərkəzi üzrə ərazi YAP təşkilatının sədridir.

·       2025-ci ildən etibarən Özəl Tibb Müəssisələri Assosiasiyasının Baş Katibidir.