Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



“İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilir.

Jun 11, 2024 | Super Admin
Blog Details

Özəl Tibb Müəssisələri Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə, 

“İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verir. 


Layihənin qarşıya qoyduğu əsas məsələlər

əhalinin  İİV/QİÇS haqqında məlumatlandırılması ,eyni zamanda Özəl tibb müəssisəsində Könüllü Müayinə və Məsləhətləşmə (KMM) xidmətinin yaradılması, Özəl tibb müəssisəsilərində Könüllü Müayinə və Məsləhətləşmə (KMM) otağının yaradılması, həmin otaqda çalışan tibb işçiləri üçün metodiki tövsiyələr və təlimlər vasitəsilə tibb işçiləri üçün maarifləndirmə təlimlərin təşkilidir.

Layihə zamanı bir çox müəssisələrlə əməkdaşlıq olunacaq. Bu müəssisələr sırasında Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Mediland Hospital, Baku Medical Plaza , Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Liv Bona Dea Hospital, Mәlhәm Beynəlxalq Hospitalı vardır ki, hər biri layihənin həyata keçirilməsi yönündə öz dəstəklərini verirlər. 

Unutmamalıyıq ki ,İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır.QİÇS  insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma, 680 min isə ölüm halı  qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 10 dəqiqədə bir adam QİÇS-ə yoluxur.  İİV-infeksiyası və eləcə də, QİÇS assosiasiyalı xəstəliklərinin erkən diaqnostikası və müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir.

  Belə şəraitdə əhalinin bu infeksiya barəsində məlumatlandırılmasından əlavə tibb işçilərinin də ,hazırlıq keçmələri mühüm əhəmiyyət kəsb edir. BMT-nin İİV/QİÇS-ə görə qəbul etdiyi deklarasiyaya görə UNAİDS 2015-ci il üçün birgə fəaliyyət istiqamətində 10 konkret məqsədyönlü göstəricilər işləyib hazırlanıb ki, bu göstəricilərə nail olmaq üçün səy göstərilməlidir.   Respublikamızda da bu problemin həlli daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 saylı qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı qərarı ilə İİV-infeksiyası ictimai təhlükəli xəstəliklər siyahısına aid edilib. 

  Sadalananları nəzərə alaraq ,xəstəliyin erkən aşkarlanması, yayılmasının qarşısının alınması və yoluxmuş şəxslərin müalicəyə cəlb olunması  üçün hamılıqla səy göstərməyə , bu yöndə biliklərimizi artırmağa və bu ümumbəşər bəla ilə mübarizədə hamını fəal olmağa çağırırıq.

Son xəbərlər